Azərbaycanda “Biznesin müflisləşməsi” sahəsi üzrə 2024-cü il üçün Yol Xəritəsi müzakirəyə çıxarılıb.
“APA-Economics” xəbər verir ki, mayın 15-də bununla bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçiriləcək.
İclasda yeni təsdiq olunmuş “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası, habelə “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlərin müzakirəsi aparılacaq.
Qeyd edilib ki, keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın “www.azranking.az” internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi və ya hazırkı elan bölməsindəki “Təklif göndər” onlayn xidməti vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.