AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, doqquz ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, qızıl (101,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.