İyun 17, 2025-12:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının artım potensialı qiymətləndirilib

2024:05:09 - 11:15
in GÜNDƏM
A A

Azərbaycanda dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarının artırılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu “Bakı Fond Birjası”nın (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, dövlət müəssisələri istiqrazlarının həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,3 milyard manatdır.

Bu məqsədlə istiqraz buraxılışına maraqlı DM-lərin müəyyən ediləcək, istiqraz emissiyasının faydaları, emissiya proseduru və tələbləri ilə bağlı təqdimatlar keçiriləcək.

Bundan başqa, DM-lərin emissiya prosesi öncəsi bazarın alıcılıq qabiliyyəti müəyyənləşdiriləcək, eləcə də istiqraz emissiyalarının müvafiq şəkildə planlaşdırılmasına dəstək veriləcək. DM-lərə əlavə emissiya/uzadılmaların planlaşdırılmasına davamlı dəstək veriləcək.

“Azərbaycanda DM-lərin əsas maliyyələşmə mənbəyi dövlət büdcəsi ayırmalarının və bank kreditlərinin üzərində qurulur, halbuki bir çox inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr öz kapital bazarlarını DM-lər üçün əlverişli maliyyə mənbəyinə çevirib.

Aktiv korporativ istiqraz bazarı investorların kapital bazarlarına cəlb edilməsi üçün çox zəruridir.

Bir çox ölkələrdə əhəmiyyətli paya sahib olan DM-lərin istiqraz buraxılışı korporativ borc bazarının inkişafının əsasını qoyub”, – BFB bəyan edib.

Hazırda dövlət müəssisələrindən kapital bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) (hər birisi 100 milyon ABŞ dolları məbləğində olan 2 istiqraz emissiyası), “AzerGold” QSC-nin (birinci tranş 10 milyon ABŞ dolları məbləğində) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) (100 milyon ABŞ dolları) istiqrazları tədavül olunur.

Əvvəlki Yazı

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Növbəti Yazı

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.