Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən çoxdur.
“Report” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən “Mədəni İrs” forumunda çıxışı zamanı məlumat verib.
“Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur. 1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib”, – o vurğulayıb.