İyun 21, 2025-11:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda ensiklopediyaların nəşr tarixi araşdırılıb

2025:05:14 - 13:55
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Azərbaycanda ensiklopediyaların nəşr tarixi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevda Quliyeva məruzə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məruzədə Azərbaycanda ensiklopediyaların nəşr tarixi, formalaşma və inkişaf dövrləri xronoloji inkişafda izlənilib. Bu sahədə aparılan tədqiqat işlərinə nəzər salınıb. Ölkənin müxtəlif nəşriyyatları tərəfindən çap edilən ensiklopediyalar elmi-nəzəri baxımdan təhlil edilib, ensiklopediyaların tərtibatına, dil-üslub xüsusiyyətlərinə və eləcə də redaktəsinə verilən tələblər öyrənilib. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamının sahənin inkişafına mühüm töhfə olduğu vurğulanıb. Bir sıra ensiklopediyalar, o cümlədən “Kitabi-Dədə Qorqud” Ensiklopediyası, Qarabağ Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Muğam Ensiklopediyası kimi mühüm nəşrlər təhlil edilib.

Araşdırmada ensiklopediyaların müasir inkişaf səviyyəsi, məzmun və forma xüsusiyyətlərinə verilən tələblər, ensiklopedik nəşrlərin elektron versiyalarının hazırlanması kimi məsələlər şərh olunub. Bu kimi nəşrlərdə toplanan informasiyaların beynəlxalq inteqrasiya, müxtəlif platformalarda əməkdaşlığın genişləndirilməsi, qlobal informasiya mühitinin təşəkkülü və inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

Əvvəlki Yazı

“Ən yaxşı təqdimat” müsabiqəsində 8 paytaxt məktəblisi fərqlənib

Növbəti Yazı

Gələn ildən aqrar sərgilər özəl təsərrüfatların ərazilərində də təşkil ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.