Avqust 18, 2025-13:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda epizootoloji sabitliyin qorunması ilə bağlı işlərə başlanılıb

2024:01:16 - 15:54
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi 2024-cü il üzrə ölkədə epizootoloji sabitliyin qorunması məqsədilə tədbirlər planına uyğun işlərə başlayıb.

Bunu “Report”a açıqlamasında Agentliyin sədr müavini Eldar Həsənov bildirib.

O qeyd edib ki, qurum hazırda xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçirir. Bununla belə, sədr müavininin sözlərinə görə, bəzi vətəndaşlar peyvəndlənmədən imtina edir yaxud tədbir üçün şərait yaratmır, prosesi gecikdirir: “Vətəndaşları peyvəndləməyə laqeyd yanaşmamağa çağırırıq”.

E.Həsənov xatırladıb ki, Azərbaycanda qeyri-dövlət (özəl) baytarlıq xidmətinə keçilib: “Xüsusi təhlükəli xəstəliklər istisna olmaqla digər xəstəliklərin müalicəsi və profilaktikası özəl baytarlarla fermerlər arasında müqavilə və yaxud razılaşma əsasında ödənişli şəkildə heyata keçirilir. Həmin proseslər Nazirlər Kabinetinin 178 saylı qərarı ilə tənzimlənir. Vətəndaşlarımız bilməlidirlər ki, ölkəmizdə artıq baytarlıq xidməti özəl sektordadır və hər bir vətəndaş, hər bir ev təsərrüfatı istənilən baytar həkimi ilə müqavilə bağlayaraq mal-qaraya qulluğu təmin edə bilər”.

O vurğulayıb ki, Azərbaycanın yerləşdiyi bölgə heyvan sağlamlığı üçün risklidir: “5 ölkə ilə sərhədlərimiz var. Odur ki, heyvan xəstəliyi ilə bağlı risklər artır. Eyni zamanda, Azərbaycana mal-qara idxal olunur. Ölkəmizin tranzit daşımalarda potensialını da nəzərə alsaq transsərhəd xəstəliklərə görə risklər olması qaçılmazdır”.

Əvvəlki Yazı

İKTA vətəndaşları lisenziyasız karqo xidməti göstərən şəxslərlə bağlı xəbərdar edib

Növbəti Yazı

Azərbaycanda notların yeni Buraxılış Şərtləri təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.