Bu ilin yanvar ayında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 487,159 milyon manat təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 5,9 % artaraq 145,015 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,4 % artaraq 319,253 milyon manat, aksizlər üzrə daxilolmalar 2,4 % artaraq 18,953 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 16,2 % artaraq 3,94 milyon manat olub.