İyun 19, 2025-20:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda günəş elektrik stansiyası üzrə ilk hərrac keçiriləcək

2024:04:23 - 11:30
in İQTİSADİYYAT
A A

Energetika Nazirliyi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edir.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınmasına “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət tərəfindən təminat verilir.

Hərrac “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na əsasən hərrac komissiyası tərəfindən açıq auksion formasında, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) və təkliflər sorğusu (RFP) mərhələsi olmaqla 2 mərhələdə həyata keçirilir.

Hərracda iştirak etməkdə maraqlı olan şirkətlərdən aprelin 30-dan etibarən auction@area.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edərək ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etmələri xahiş olunur. Elektron məktubda ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb edən şirkətin adı, hansı ölkəyə məxsus olduğu, şirkət nümayəndəsinin adı, soyadı, vəzifəsi, elektron poçt ünvanı və telefon nömrəsi qeyd edilməlidir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi müraciət etmiş şirkətlərə mayın 7-dən başlayaraq təqdim ediləcək.

Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər səlahiyyətli orqana 2 nüsxədə təqdim etməlidirlər.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi iyulun 12-də yekunlaşır.

Əlavə məlumat üçün: +994 12 525 96 31

Əvvəlki Yazı

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti Yazı

Agentlik sədri: Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.