Avqust 11, 2025-16:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti araşdırılıb

2025:07:22 - 15:57
in SOSİAL
A A

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qruplardan olan qadınların məşğulluğunun təmin olunması imkanları: sosial sahibkarlıq və müasir çağırışlar” layihəsini uğurla həyata keçirib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində çap olunmuş “Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabının təqdimatı olub. Professor Rəsmiyyə Abdullayevanın rəhbəri olduğu layihənin tədqiqat qrupuna professor Nazim Müzəffərli, dosent Allahyar Muradov və doktorant Mələk Əliyeva daxildir.

Layihə barədə məlumat verən Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri professor Rəsmiyyə Abdullayeva bildirib ki, kitab həssas qruplardan olan qadınların məşğulluq imkanlarının tədqiqinə həsr olunub. Kitabda ölkəmizdə həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti araşdırılıb və onların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları müəyyənləşdirilib. Layihə çərçivəsində qadınlar arasında onların məşğulluğu ilə bağlı sosioloji sorğu keçirilib, nəticələr təhlil edilib. Həssas qruplardan olan qadınların məşğulluq imkanlarının genişləndirilməsində sosial sahibkarlığın artırılması ilə bağlı təkliflər hazırlanıb. Müəlliflər ümid edirlər ki, tədqiqatın nəticələri, təklif və tövsiyələri iqtisadçılarla yanaşı, sosial-iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı olacaq.

Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının müəllimi iqtisad elmləri doktoru Yaşar Məmmədov, Bakı Avrasiya Universitetinin kafedra müdiri dosent Vüsalə Nağıyeva, Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya, Azərbaycan Dövlət Radiosunun böyük redaktoru Arzu Bayramova və digərləri həssas qruplardan olan qadınların məşğulluq imkanlarının tədqiqinə həsr olunmuş layihənin əhəmiyyətini xüsusi qeyd ediblər. Çıxış edənlər “Qadın məşğulluğu: həssas qruplara dəstək” kitabını yüksək qiymətləndiriblər, araşdırmanın nəticələrinin cəmiyyətimiz üçün faydalı olacağını vurğulayıblar.

Əvvəlki Yazı

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

Növbəti Yazı

Qalib xalq təfəkkürü 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.