Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü başa çatıb.
“Report” xəbər verir ki, forumda musiqişünaslar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forumun ikinci günündə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər məsələlər müzakirə olunub.
Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.
Qeyd edək ki, forum sabah başa çatacaq.