Azərbaycanda ümumi karbon emissiyalarının 15%-i nəqliyyat sektorunun payına düşür.”APA-Economics” xəbər verir ki, bu barədə “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində çıxışı zamanı COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.Onun sözlərinə görə, nəqliyyat sektorunda karbon emissiyalarının 92%-i yerüstü nəqliyyatın payına düşür.Elnur Soltanov onu da qeyd edib ki, nəqliyyat sektoru üzrə karbon emissiyalarının 5%-i hava nəqliyyatı, 2%-i dəniz və cəmi 1%-i dəmir yolu nəqliyyatının üzərinə düşür.Nazir müavini onu da əlavə edib ki, 2022-ci ildə Azərbaycanda karbon emissiyalarının həcmi 61 mln. ton təşkil edib.