AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycanda genişlənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə magistratura səviyyəsində yeni ixtisas açılacaq. Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində müvafiq məzmun və müasir tədris üsulları üzrə təlimi yerinə yetiriləcək. Həmçinin layihənin tərəfdaş universitetlərinin bazasında yeni tədris laboratoriyası yaradılacaq, sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.
Layihənin Azərbaycan üzrə tərəfdaşları Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Texnologiya Universitetidir. Layihə konsorsiumuna Avropa Komissiyasının proqram ölkələrinə 4 , Qazaxıstandan 3 və Gürcüstandan 3 tərəfdaş ali təhsil müəssisəsi daxil edilib.