İyun 20, 2025-10:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda ötən il 5 aqroturizm təsərrüfatı dövlətdən dəstək alıb

2025:01:21 - 15:51
in İQTİSADİYYAT
A A

2024-cü ildə Azərbaycanda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, aqroturizmi inkişaf etdirməyə, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanları yaratmağa xidmət edən layihə çərçivəsində Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir və Qusar rayonlarında ümumilikdə 12 təsərrüfat qiymətləndirilib. İsmayıllıda və Masallıda 2 təsərrüfatda abadlaşdırma yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib. Dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə təlimlərə cəlb olunublar.

Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.

2025-ci ilə qədər layihə çərçivəsində 342 təsərrüfatdan 391 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 26 təsərrüfatda təmir-abadlaşdırma işləri aparılıb, təsərrüfatlar müxtəlif avadanlıqlarla təmin olunub, onların fəaliyyətinə marketinq dəstəyi verilib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin “Şəhərdən Kəndə” layihəsi “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirilir. Layihədə iştirak üçün əsas meyar olaraq aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətlər nəzərə alınır.

Əvvəlki Yazı

Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Növbəti Yazı

Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədində şərait təhlil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.