İyun 21, 2025-15:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda ötən il “Bir Pəncərə” üzərindən 288 milyon dollarlıq ixrac əməliyyatları həyata keçirilib

2025:01:22 - 12:40
in İQTİSADİYYAT
A A

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü ildə hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, il ərzində ümumilikdə 3 982 sertifikat təqdim edilib və bu, 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarının həyata keçirilməsinə imkan yaradıb.

V. Qasımlı vurğulayıb ki, “Bir Pəncərə” mexanizmi ixracatçıların beynəlxalq bazarlara çıxışını asanlaşdıraraq vaxt və resurslara qənaət etmələrinə şərait yaradıb: “Mərkəz göstərilən xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, ixrac prosesində şəffaflıq və operativliyi də təmin edib. “Bir Pəncərə” İxracı Dəstək Mərkəzi 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracının inkişafında mühüm rol oynamağa davam edib”.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanı əsasında yaradılıb. Mərkəzdə 7 dövlət qurumu xidmət göstərir.

İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, səmərəli, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır. Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.

Əvvəlki Yazı

Azərbaycanda maliyyə bazarı iştirakçılarının davranışı qaydaları hazırlanır

Növbəti Yazı

Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini və “yaşıl enerji”yə investisiyaları müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.