İyun 14, 2025-7:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda pambıq sahələrinin sığortalanması iyunun 13-nə qədər davam edəcək

2025:06:10 - 11:22
in İQTİSADİYYAT
A A

Azərbaycanda pambıq əkini sahələrinin dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalanması müddəti 3 gündən sonra başa çatır.

“Report” xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Bildirilib ki, fermer və təsərrüfat sahibləri iyunun 13-nə qədər Fonda müraciət edərək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilər. Fond pambıq sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, leysan yağışları, vəhşi heyvanların hücumları, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalayır. Sığorta haqqının 50 %-ni dövlətin ödəməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə sahələrinin sığorta edə bilərlər. Ölkə ərazisində 1 hektar pambıq sahəsinin sığortalanması üçün sığorta haqqının məbləği məhsuldarlıq göstəricisindən asılı olaraq 15-30 manat arasında dəyişir.

Xatırladaq ki, 2023-cü ildə baş verən hadisələrə görə pambıqçılara 950 min manat sığorta ödənişi edilib. 2024-cü ildə baş vermiş hadisələrə görə isə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir.

Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını “AsanPay” ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun internet səhifəsindəki “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları Fondun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Əvvəlki Yazı

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücü saxlanıldı

Növbəti Yazı

Baş prokuror Keniyada işgüzar səfərdədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.