İyun 27, 2025-22:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda payızlıq bitkilərin səpininin həcmi açıqlanıb

2025:01:16 - 16:37
in İQTİSADİYYAT
A A

Ölkədə 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.

Məlumata görə, ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha), Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 min ha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1 min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha) və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi isə 2,3 faiz artıb.

Əvvəlki Yazı

Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır

Növbəti Yazı

Azərbaycan və Gürcüstan XİN rəhbərləri geniş tərkibdə görüş keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.