İyun 14, 2025-8:58
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda qastronomiya sahəsinin inkişafı üçün geniş imkanlar mövcuddur

Azərbaycanda qastronomiya sahəsinin regional və qlobal miqyasda inkişafı üçün geniş imkanlar mövcuddur.

Teleqraf xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm potensialına dair keçirilən media təqdimatı”nda səsləndirib.

O qeyd edib ki, ölkədə peşəkar aşbazların hazırlanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə müxtəlif kurslar və təlim proqramları həyata keçirilib. Eyni zamanda, Azərbaycanın qastronomiya məkanı kimi tanıdılması üçün bir sıra beynəlxalq tədbirlərdə iştirak edilib və bu istiqamətdə peşəkar komandalar formalaşdırılıb. Onlar beynəlxalq yarış və forumlarda əhəmiyyətli uğurlar qazanıblar.

“Qastronomiyanın inkişafı məqsədilə yerli festivallar da təşkil olunub, xüsusilə də azad olunmuş ərazilərdə keçirilən bu tədbirlər xüsusi önəm daşıyır.” -deyə turizm rəsmisi bildirib.