Avqust 28, 2025-2:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanda respondentlərin 78.2%-i Ermənistanla sülh prosesini dəstəkləyir – SORĞU

2024:02:21 - 12:44
in SİYASƏT
A A

Azərbaycanda respondentlərin 78.2%-i Ermənistanla sülh prosesini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Fevral ayında keçirilən sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına insanların 78.2%-i “bəli, dəstəkləyirəm”, 19.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3% cavab verməkdə çətinlik çəkib.

Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətinin sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.

Həmçinin ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, respondentlər arasında yaş artıqca sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır. Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilər ilə müqayisədə daha çox üstünlük təşkil edir.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Əvvəlki Yazı

Münxen görüşləri AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarına tutarlı cavab oldu_açıqlama

Növbəti Yazı

“Azərişıq” ötən il ASAN mərkəzləri vasitəsilə 300 MVt yaxın enerji gücü ilə təmin edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.