İyun 17, 2025-23:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Azərbaycanda sərnişinlərə paylanılaraq ölkəyə qanunsuz keçirilən mallar aşkarlanıb

2025:05:07 - 18:00
in HADİSƏ
A A

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.

Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar – 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.

İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

“Başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar”, – deyə Komitə bəyan edib.

Əvvəlki Yazı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Növbəti Yazı

Pakistanın baş naziri: Ölkə Hindistan hava qüvvələrinin basqını dəf etdikdən sonra “böyük qələbə” qazandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.