İyun 18, 2025-20:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək

2023:10:12 - 12:42
in GÜNDƏM
A A

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyənin Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) ilə əməkdaşlığa başlayıb.

“Report” xəbər verir ki, məqsəd seysmoloji tədqiqatlarda süni intellektdən istifadə edilməsidir.

AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov deyib ki, bu məsələ nəinki Azərbaycanda, bütün dünyada gündəmdədir.

Alim həmçinin dünyada yaranan yeni terminlərlə bağlı birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib. O, humanitar və ictimai elmlər üzrə aparılan tədqiqatların dünyaya çıxarılması, istinad göstəricilərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq “Ortaq türk indeksi”nin hazırlanması istiqamətində Türkiyənin artıq ilkin addımlar atdığını bildirib.

Bundan başqa, F.İmranov qeyd edib ki, hazırda AMEA-da “Vikipediya” qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur. O, həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyini deyib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğunu bildirib.

Əvvəlki Yazı

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər

Növbəti Yazı

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib, çağırışçıların bölgüsündə şəffaflığın təmin edilməsi müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.