Avqust 11, 2025-19:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

2025:08:05 - 12:11
in İQTİSADİYYAT
A A
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verib.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən “Steamland Factory” MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, “Mənzil Park” MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, “Nooshcard” MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, “Adscreen” MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və “Onrepetitor” MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər.

Əvvəlki Yazı

Əli Əsədov Mərkəzi Asiya ölkələri dövlət başçılarının məşvərət görüşünə hazırlıq iclasında iştirak edib

Növbəti Yazı

Vardanyanın məhkəməsi zərərçəkmişlərin ifadəsi ilə davam edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.