İyun 20, 2025-2:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir

2023:11:29 - 17:58
in SOSİAL
A A

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur: “Müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul – süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına).

Adil Vəliyev

Adil Vəliyev

Şöbə müdiri bildirib ki, daha ciddi problemlər də mövcuddur: “Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır. Nikahın möhkəm, uzunömürlü və daimi olması ilk növbədə ailənin sağlamlığı üzərində qurulmasından keçir. Bu baxımdan biz əsrlərlə mövcud olan ailə dəyərlərini qorumalı, müasir dünyanın tələblərinə görə onu daha da zənginləşdirərək yaşatmalıyıq”.

Əvvəlki Yazı

Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

Növbəti Yazı

FHN-in hərbi hissələrində taktiki-xüsusi təlimlər keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.