Sentyabr 13, 2025-3:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlanılıb

2024:05:23 - 18:00
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

İlk görüş Yevlax və Şəki rayonlarında keçirilib. Tədbirdə “Aqroservis” ASC-nin və ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri, Cəmiyyətin regional nümayəndəliklərinin və rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər və mexanizatorlar iştirak edib. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir.

Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib. Görüşlərin digər rayonları da əhatə etməklə biçinin başlanmasınadək davam etdirilməsi nəzərdə tutulur.

Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Aprelin ilk həftəsindən başlayan təlimlər “Aqroservis” ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı DAİM-də təşkil edilib. Təlimlərdə müxtəlif markalı, əsasən CLAAS, “New Holland TC 5.90 HillSide”, “New Holland TC 4.90” və TC 5.80 və SAMPO markalı kombaynların idarə edilməsi ilə bağlı məlumatlar verilib.

Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombyanlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır

Əvvəlki Yazı

Şəhid qardaşı: Atam onun şəklini qucaqlayıb dünyadan köçdü

Növbəti Yazı

AP: ABŞ mayın 24-də Ukraynaya 275 milyon dollar məbləğində əlavə yardım elan edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.