İyul 12, 2025-11:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda texniki reqlamentlərin hazırlanması üçün 4 ay müddət müəyyən edilib

2025:07:08 - 17:45
in İQTİSADİYYAT
A A

Azərbaycanda texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, dəyişdirilməsi və beynəlxalq texniki reqlamentlərin tanınması ilə bağlı prosedurlar yenidən müəyyənləşdirilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları”nda öz əksini tapıb.

Sənədə əsasən, texniki reqlamentlər yalnız malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məcburi tələblər müəyyən edir. Malların dizaynı və xarici görünüşü istisna olmaqla, texniki reqlamentlər istehsal, terminologiya, simvol, qablaşdırma, etiketləmə, istifadə, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələbləri əhatə edə bilər.

Texniki reqlament layihələrinin hazırlanmasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşkil edir. Layihələr ya Agentliyin təşəbbüsü ilə, ya da aidiyyəti dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin təklifləri əsasında hazırlanır.

Layihənin hazırlanması üçün maksimal müddət 4 ay olaraq müəyyən edilib. Hazırlanan layihə ilkin baxışdan sonra aidiyyəti dövlət qurumları ilə razılaşdırılır, ictimai müzakirəyə çıxarılır və ictimai rəylər toplanır. Rəylər təhlil edildikdən sonra yekun layihə ekspertizaya təqdim olunur.

Ekspertiza müddəti 30 iş günü təşkil edir. Layihədə uyğunsuzluq aşkarlanarsa, düzəlişlər üçün geri qaytarılır. Ekspertizadan keçmiş və razılaşdırılmış layihə Nazirlər Kabinetinə təqdim olunur. Texniki reqlamentlərin qəbulunu Nazirlər Kabineti həyata keçirir.

Qaydalara əsasən, texniki reqlamentlərin qüvvəyə minməsi üçün adətən 6 ay müddət müəyyən edilir. Lakin zərurət yarandıqda bu müddət qısaldıla bilər.

Yeni qaydalarda texniki reqlamentlərin dəyişdirilməsi və ləğvi mexanizmi də ətraflı tənzimlənir. Dövlət qurumları, hüquqi və fiziki şəxslər texniki reqlamentlərin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Agentliyə müraciət edə bilər. Agentlik bu müraciətləri araşdıraraq müvafiq qərar qəbul edir və nəticələri ictimaiyyətə açıqlayır.

Bundan başqa, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin Azərbaycanda tanınması və tətbiqi ilə bağlı prosedurlar da müəyyən olunub. Beynəlxalq texniki reqlamentlər yalnız Azərbaycan qanunvericiliyinə zidd olmadığı halda qəbul edilə bilər.

Bu proses zamanı insan sağlamlığının, ətraf mühitin mühafizəsi, istehlakçı hüquqlarının qorunması, rəqabət qabiliyyətinin artırılması və ticarətdə maneələrin aradan qaldırılması kimi meyarlar nəzərə alınır. Beynəlxalq texniki reqlamentlərin tanınmasına dair son qərarı Nazirlər Kabineti tərəfindən verir.

Əvvəlki Yazı

BCM Taliban lideri, Əfqanıstan Ali Məhkəməsinin sədrinin həbsinə order verib

Növbəti Yazı

Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.