Azərbaycanda Rusiyanın Ulyanovsk vilayətinin Ticarət Evinin açılması planlaşdırılır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Russkix Bakıya səfərinin yekunlarını şərh edərkən məlumat verib.
“Ulyanovsk müəssisələrinə ixracı artırmağa kömək etməklə dost ölkələrlə xarici ticarət dövriyyəsi artacaq. Azərbaycanda Ulyanovsk Ticarət Evinin açılmasını hədəfləyirik. Bu, istehsalçıların istəyidir, onlara ticarət dövriyyəsini 20-30 % artırmağa imkan verəcək. Azərbaycanda bazarlara çıxış üzərində işləyirik”, – qubernator bildirib.
O, Azərbaycanla humanitar sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini də qeyd edib.
Qubernator əlavə edib ki, o, mayın 30-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə əməkdaşlıq məsələlərini müzakirə edib: “Ulyanovsk vilayətinin təşəbbüsləri