İyul 15, 2025-23:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda Vətən müharibəsindən sonra şəhid ailələrinin mənzil təminatı 5 dəfə genişlənib

2024:01:25 - 11:27
in SOSİAL
A A

Azərbaycanda Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı 5 dəfə genişlənib.

“Report”un xəbərinə görə, bunu Sosial Xidmətlər Agentliyinin 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.

“2023-cü ildə 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyi qeyd edilib. Şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib”, – Agentlik sədri vurğulayıb.

Onun sözlərinə görə, ötən il 31 min 393 nəfərə səyyar, stasionar və yarımstasionar xidmət göstərilib: “1827 şəhid ailəsinin, 500-dən artıq müharibə əlilinin evinə ziyarətlər edilib. 3131 nəfəri ahıl olmaqla, 3474 nəfərə evdə xidmət göstərilib. 2023-cü ildə 630 uşağa sosial xidmət göstərilib. Həmin uşaqlar Azərbaycanın 21 şəhər və rayonunda yaradılan günərzi qayğı mərkəzlərində sosial xidmətdən yararlanıblar”.

Əvvəlki Yazı

“AŞPA-nın addımı Azərbaycana qarşı qisas cəhdidir, buna layiqli layiqli cavab verdik” – RƏY

Növbəti Yazı

“İnsan və dərman bitkiləri” mövzusunda elmi seminar keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.