Sentyabr 14, 2025-6:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

2024:04:29 - 15:53
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda yeni qarpız və yemiş növləri yaradılır.

Bunu “Report”a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.

“Bildiyiniz kimi İnstitutun fəaliyyət istiqamətlərindən biri də milli bostan bitkilərinin qorunub saxlanılması, onların genefondunun təşkil edilməsidir. Bu məqsədlə son illlər biz ölkəmizə xas olan və qədim zamanlardan becərilən 6 yemiş sortunun köhnə toxumlarını əldə etmişik. Həmin sortları demək olar ki, bərpa etmişik. Həmin sortların adları da millidir: Qəndi, Sineyvaz, Reyhani, Şahnəzər və s. Həmin yemiş sortlarının, həmçinin yeni və perspektivli 10 yemiş sortunun və 5 qarpız sortunun Kürdəmir rayonunda nümayiş əkinləri həyata keçirilib. Burada məqsəd yerli fermerləri, bostançılıqla məşğul olan insanları həmin sortlarla tanış etmək, onları müasir becərmə texnologiyaları haqqında marifləndirməkdir. Həmin sortların meyvələrinin dequstasiyası da planımıza daxildir”,- deyə o qeyd edib.

Bundan başqa, E.Allahverdiyevin sözlərinə görə, İnstitutun seleksiyaçı alimləri Azərbaycanda yeni tərəvəz sortları yaradır: “Alimlərimiz istixanada yetişdirilməsi nəzərdə tutulan 60 pomidor və 21 xiya sortunun hibrid variantını əldə edib. Həmin yeni hibrid sortlar hazırda xüsusi istixana şəraitinə sınaqlardan keçirilir, hər növ istixanada əkilə bilər. Onların məhsuldarlığı, xəstəlik və zəzərvericilərə davamlılığı yoxlanılır”.

Sədr əlavə edib ki, bu il Lerik, Yardımlı və Daşkəsən rayonlarında yeni kartof sortlarının geniş nümayiş sahələri də yaradılıb: “Burada da məqsəd yerli fermerləri yeni məhsuldar və dayanıqlı sortlarla tanış etmək, onların müasir becərmə texnolgiyaları haqqında biliklərini artırmaqdır. Son 2 ildə İnstitutun 9 yeni kartof sortu Dövlət Reyestrinə daxil edilib. Həmçinin səbzə tərəvəzlərin, yəni göyərtilərin də seleksiyasına və toxumçuluğuna son illərdə diqqəti artırmışıq. Bunun nəticəsidir ki, ötən il 4 göyərti sortumuz da rayonlaşdırılıb. Bundan başqa, Tovuz, Şəmkir, Xaçmaz və Lənkəran rayonlarında da nümayiş, seleksiya və toxumluq əkinləri həyata keçirilib. Göründüyü kimi bu il də kifayət qədər yeni işlərimiz çoxdur. Ən əsas prioritet məqsədimiz ölkədə tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində elmi-metodiki təminatın daha da yüksəldilməsi və bu sahənin daha da inkişaf etdirilməsidir”.

Əvvəlki Yazı

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçiriləcək

Növbəti Yazı

SMDTM rəhbəri Anar Məmmədli saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.