İyun 16, 2025-7:45
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycandan pomidor ixracı artdı

Yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb.

Kənd Təsərrüfatı nazirliyindən Teleqraf-a verilən məlumata görə , bu ilin ilk dörd ayı ərzində Azərbaycandan xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Qeyd edək ki, Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.