İyun 18, 2025-13:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi – RƏY

2024:09:14 - 15:12
in GÜNDƏM
A A

Son günlər “Vikipediya”da azərbaycanlı şəhidlərlə bağlı məqalələr kütləvi surətdə silinir. Söhbət 3 minə yaxın məqalədən gedir.

Bunu “Report”a açıqlamasında texno-bloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Aprel döyüşləri şəhidləri ilə bağlı yazılanlar ard-arda silinir: “Azərbaycanlı inzibatçılar buna zəmin hazırlayırlar. Bu çərçivədə şəhidlərimizə həsr olunan məqalələrinn vikipediyadan silinməsinə hazırlıq görülürdü. Əsas kimi həmin məqalələrin ensiklopedik olmaması göstərilir. Uzun müddət bu hazırlığın qarşısı alındı. Sonradan isə buna qarşı çıxan inzibatçılar idarəetmədən uzaqlaşdırıldılar. Beləliklə, onlar üçün istədikləri şəxsin məqaləsini redaktə etmək, silmək üçün şərait yarandı”.

Ekspert bildirib ki, vətənə xəyanətdə ittiham olunan Bəhruz Səmədovun məqaləsini beş dildə yayımlayanlar indi azərbaycanlı şəhidlərin məqalələrinin silinməsi üçün ciddi səy göstərirlər: “Onlar müxtəlif adlar altında gizlənməli deyillər. Belələrinə misal olaraq Cəlal Cavadovu, Ayxan Zayıdzadəni göstərmək olar. Hər kəs onları tanımalıdır. Mən də bunun üçün mübarizə aparıram”.

F.Pərdəşünasın sözlərinə görə, məqalələrin silinməsi təkcə azərbaycandilli vikipediya ilə kifayətlənmir: “Hətta türk dilində olan məqalələrin silinməsi üçün də cəhd edilir, bu məsələ səsverməyə qoyulur. Onların özlərinə bəraət qazandırması faktı dəyişmir. Bu şəxslər azərbaycandilli “Vikipediya”nın əllərində olması üçün uzun müddət çalışıblar. İndi də azərbaycandilli vikipediya seqmentini istədikləri kimi manipulyasiya edirlər. Bu, yolverilməzdir”.

Qeyd edək ki, son günlər “Vikipediya”da Azərbaycan şəhidlərinin məqalələri silinir. “Vikipediya”sı silinənlər arasında haqqında bir neçə film olan yüksək rütbəli hərbçilər də var. Həmçinin Xocalı qurbanları barədə məqalələrin silinməsinə də cəhd edilir.

Əvvəlki Yazı

Stoltenberq: NATO Ukraynada müharibənin qarşısını almaq üçün daha çox şey edə bilərdi

Növbəti Yazı

İsrail Hərbi Hava Qüvvələri Qəzzada HƏMAS-ın iki “hərbi strukturuna” hücum edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.