İyul 17, 2025-15:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərbaycanın bazalt sütunları və onların geoturizmdə əhəmiyyəti” – elmi seminar

2024:01:25 - 11:31
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda baş direktor professor Zakir Eminovun sədrliyi ilə elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi Rəşid Fətəliyev “Azərbaycanın bazalt sütunları və onların geoturizmdə əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.

Müəllif dünyada məşhur olan və Azərbaycanın Kiçik Qafqaz və Talış dağları bölgəsində qeyd edilən bəzi bazalt sütunları haqqında, onların geologiyası, geomorfologiyası və coğrafi yayılmasına dair ətraflı məlumat verib, ölkəmizdə geoturizmin inkişafı üçün bu tip təbiət abidələrinin təbliği və təşviqinin vacibliyini vurğulayıb. Alim tədqiq etdiyi Kəlbəcər (Zar kəndi, Tərtərçayın dərəsi), Tovuz (Əsrikçay dərəsi) və Lerik (Göydərə kəndi, Qaladağ) rayonlarında yerləşən bazalt sütunlarının çıxışlarının estetik və ekzotik cəhətdən yüksək geoturizm potensialına malik olduğunu vurğulayıb, onların maraqlı təbiət abidəsi kimi turistlər üçün cəlbedici olmasını elmi dəlillərlə əsaslandırıb, hansı geoloji dövrlərdə və şəraitdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, petroloji, struktur, geomorfoloji və s. özəlliklərinə dair maraqlı fikirlər yürüdüb.

R.Fətəliyev qeyd edib ki, Azərbaycanda aşkar edilən bazalt sütunlarına dəyərli təbiət abidəsi kimi diqqət artırılmalı, onlar elmi cəhətdən daha mükəmməl öyrənilməlidir. Ölkəmizdə geoturizmin inkişafına xüsusi önəm verilməsinin vacibliyindən danışan tədqiqatçı bazalt sütunlarını maraqlı geoturizm obyekti kimi qiymətləndirilməsinin, onların qeydə alınaraq təsnifatlaşdırılmasının, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyinə diqqəti çəkib.

Sonda alim sadalanan istiqamətlər üzrə bir sıra konkret təkliflər irəli sürüb.

Əvvəlki Yazı

“İnsan və dərman bitkiləri” mövzusunda elmi seminar keçirilib

Növbəti Yazı

Bu il azad olunan ərazilərdə buraxılış imtahanları keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.