İyun 7, 2025-20:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanın çağdaş tarixinə xidmətin 20 ili

2023:10:30 - 14:27
in SOSİAL
A A
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişaf və sabitlik yolunu, beynəlxalq siyasət konsepsiyasını müəyyən edib, gələcək tərəqqinin əsaslarını formalaşdırıb. 2003-cü il oktyabrın 15-də xalqımız öz taleyini Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevə etibar etdi. Ulu Öndər İlham Əliyev barədə deyirdi: “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderdən bu yüksək dəyərini alan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü və gələcək inkişafının təminatçısına çevrildi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov söyləyib. Professor İ.Zeynalov deyib: “Prezident İlham Əliyev Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil oldu. Bununla da Azərbaycanda milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsi başlandı”.

Professor qeyd edib ki, İlham Əliyev hələ Dövlət Neft Şirkətinin I vitse-prezidenti vəzifəsində çalışarkən dünyanın ən nüfuzlu şirkətləri ilə fəal danışıqlar aparır, meydana çıxan problemləri milli mənafeləri gözləməklə onların həllinə nail olurdu. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir”. 2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı.

Prezident İlham Əliyevin fədakar əməyi və uğurlu siyasəti sayəsində 2007-ci ildə Azərbaycan ilk dəfə ixracatçı oldu; Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi.

Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli layihələrin həyata keçirilməsinə başlanıldı. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşdı. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Professor İ.Zeynalov bildirib ki, son on ildə qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqət xeyli artırılıb. Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoyub, sosial-iqtisadi inkişafın real dinamikasını təmin edib. Bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib.

2017-ci il oktyabrın 30-da Azərbaycan Prezidenti və digər ölkə rəhbərlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Dünyanın 100 layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edən ən böyük nailiyyətlər sırasındadır.

2018-ci ilin avqustunda Xəzəryanı beş dövlətin inkişafı, onlar arasında faydalı əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradan Xəzərin statusunun qəbul olunmasında Azərbaycan Prezidentinin rolu böyük oldu.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə hər il dövlət büdcəsi tərtib edilərkən onun sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb.

“Əsrin müqaviləsi” imzalanan ərəfədə valyuta ehtiyatı 100 milyon dollardan aşağı olduğu halda bu gün Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatı var. Azərbaycan Ordusu dünyanın güclü orduya malik 50 ölkəsi sırasına daxil olub.

Ordu quruculuğunun ən böyük məntiqi nəticəsi 2016-cı il Aprel, 2020-ci il iyul Tovuz döyüşlərində, Vətən müharibəsində qazandığı tarixi Qələbə, 30 il işğal altında olan torpaqlarımızın, mədəniyyət mərkəzi Şuşamızın azad edilməsi, antiterror tədbirlərindəki parlaq Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olması oldu.

44 günlük Vətən müharibəsində xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi Azərbaycanın erməni faşizmi üzərində qələbəsinin əldə edilməsində həlledici rol oynadı. Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsinə son qoydu.

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

“2003-2023-cü illərdə ölkəmiz çox sürətlə inkişaf etdi, beynəlxalq aləmdə onun nüfuzu daha da artdı. Prezident İlham Əliyevin çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətinin təntənəsi ölkəmizin siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək Prezident İlham Əliyev Ümummilli Liderimizin respublikamız üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, doğma Azərbaycanımızı qalib ölkəyə çevirib”, – deyə professor İbrahim Zeynalov vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycandan İran istiqamətində yeni yolun və Araz çayı üzərində körpünün tikintisinə 14 milyon ayrılıb – SƏRƏNCAM

Növbəti Yazı

“Azərbaycan Kanadaya sanksiya tətbiq etmək iqtidarındadır” – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.