Avqust 14, 2025-5:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın elektrik şəbəkəsinə ötürüləcək “yaşıl enerji”nin həcmi açıqlanıb

2025:08:08 - 11:15
in İQTİSADİYYAT
A A

2027-ci ilin sonuna qədər 2 GVt-a yaxın “yaşıl enerji” Azərbaycanın elektrik şəbəkəsinə ötürüləcək.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “yaşıl enerji”dən istifadə üç əsas mərhələ nəzərdən keçirilir: “Birinci mərhələ ilə bağlı bütün zəruri işləri artıq başa çatdırmışıq. Torpaq sahələri müəyyənləşdirilib, şəbəkə ilə bağlı problemlər öz həllini tapıb, müəyyən zəruri olan müqavilələr imzalanıb. Onlar sırf elmi təhlillərin yekunundur. Hesab edirik ki, 2 GVt-a yaxın “yaşıl enerji” 2027-ci ilin sonuna qədər Azərbaycan şəbəkəsinə ötürüləcək”.

O qeyd edib ki, inkici mərhələ bu gün müzakirə edilən mövzu ilə birbaşa bağlıdır: “Azərbaycanda böyük “yaşıl enerji” potensialı mövcuddur. Onu reallaşdırmaq lazımdır. “Yaşıl enerji” tələbatımızdan artıq olacaq və onun ixracı mühüm əhəmiyyət kəsb edir. Bu mənada ixrac potensialının, interkonektorların formalaşdırılması zəruridir. Bu istiqamətdə işləmək və lazımı nəticələri əldə etmək lazımdır”.

C.Abdullayev bildirib ki, bu gün artıq 4 interkonektor masa üzərindədir və onlarla bağlı bütün zəruri işlər həyata keçirilir: “Bunların hər biri bu və ya digər formada bugünkü akselerasiya proqramına aidiyyəti olan məsələlərdir. Biz artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə optik komponentlərlə bağlı birgə işlər aparırıq və orada çox böyük irəliləyişlər var”.

Əvvəlki Yazı

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Növbəti Yazı

Bu il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.