İyun 14, 2025-11:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın gənc rəssamları “DaMir House of Imagination” məkanında səyyar qrup sərgisini təqdim edib

2023:10:31 - 17:01
in MƏDƏNİYYƏT
A A

YARAT Müasir İncəsənət Məkanı, Azərbaycanın tanınmış və gənc rəssamları – Dadaş Adna, Rəşad Babayev, Mehrin Əlili, Nadir Eminov, Elturan Məmmədov, Ramal Kazım və Soltan Soltanlının əsərlərindən ibarət “İncə müşahidələr” adlı səyyar qrup sərgisini “DaMir House of Imagination” məkanında geniş auditoriyaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, ekspozisiyada YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər nümayiş olunub.

Sərginin təntənəli açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, başçının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət və idman işçiləri, tələbə və şagirdlərlə yanaşı 300-dən çox İsmayıllı sakinləri ekspozisiya ilə tanış olub. Eyni zamanda iştirakçılar “DJ Mosk19” qrupunun ifasında musiqi performansını izləyiblər.

“İncə müşahidələr” adlı səyyar qrup sərgisi silsilə tədbirlər çərçivəsində YARAT heyətinin muzeydə təhsil mövzusuna dair mühazirəsi və “YARAT ilə öyrən” interaktiv məktəb proqramı, habelə rəssamlar Ramal Kazım və Vüsalə Ağarazıyeva tərəfindən ustad dərsləri keçirilib.

Təhsilyönümlü tədbirlərlə yanaşı, rəssamlar Ramal Kazım, Nadir Eminov və fotoqraf Eltac Zeynalov ilə panel müzakirə, İlahə Babayeva ilə səs terapiyası və meditasiya, musiqili çıxışlar kimi ictimai proqramlar da təşkil olunmuşdur. Sərginin yekun günü “Ahmedowsky Trio” musiqi kollektivinin konserti ilə tamamlanıb.

Sərgi Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti və “DaMir House of Imagination” məkanının təşkilati dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, beş gün ərzində ekspozisiyanı, həmçinin sərgi çərçivəsində hazırlanan təhsil və ictimai proqramları uşaq və gənclərlə birlikdə 800 nəfərdən artıq şəxs ziyarət edib.

Əvvəlki Yazı

Şirvanda mikroavtobusla minik maşınları toqquşub, xəsarət alanlar var

Növbəti Yazı

Azərbaycan Cənubi Qafqazda özünün iqtisadi və hərbi baxımdan təhlükəsizliyini təmin edə bilən yeganə ölkədir – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.