Bu ilin yanvar-mart aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 77,1 milyon manat investisiya qoyulub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 % çoxdur.
Təkcə martda sektora investisiya qoyuluşu 27 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 2,2 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.