İyun 17, 2025-23:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

2024:05:07 - 10:15
in MƏDƏNİYYƏT
A A

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş sərgidə Azərbaycana məxsus milli geyim nümayiş olunub.

AZƏRTAC xəbər verir, Prezident Vudro Vilsonun ev-muzeyində dünya ölkələrinin milli geyimlərindən ibarət sərgi təşkil edilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə sərgidə nümayiş olunan geyimlər sırasına Azərbaycana məxsus milli geyim də daxil edilib.

Səfirliyin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Cəmilə Məmmədovanın sözlərinə görə, geyim Azərbaycanın və müsəlman Şərqin ilk diplomat qadını, dövrünün bacarıqlı diplomatik vasitəçisi Sara Xatuna həsr olunub.

Ev-muzeyinin icraçı direktoru Elizabet Karçer açılış nitqi zamanı iştirak edən səfirliklərə öz minnətdarlığını bildirib. O qeyd edib ki, tədbir hər il təşkil olunur və bu il sərgidə 40-a yaxın ölkənin milli geyimi nümayiş olunur. Onun sözlərinə görə, sərginin keçirilməsində məqsəd dəbin gücünü göstərmək və dəb vasitəsilə sülh mesajlarını çatdırmaqdır.

Tədbirdə sərgilənmiş geyimlərin fotolarından ibarət jurnal qonaqlara təqdim edilib. Jurnalın Azərbaycanla bağlı bölməsində təqdim olunmuş geyimdə istifadə olunmuş parçalar, həmçinin Sara Xatunun fəaliyyəti ilə bağlı məlumat qeyd olunub.

Əvvəlki Yazı

Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb

Növbəti Yazı

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.