Avqust 13, 2025-17:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın milli geyimləri Romada nümayiş olunub

2025:04:13 - 12:39
in MƏDƏNİYYƏT
A A

İtaliyanın paytaxtı Romada yerləşən tarixi Palazzo Brancaccio sarayında “Azərbaycan milli geyimlərinin sehrli dünyası” adlı mədəni tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyi, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Bakı Milli Geyim Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Azərbaycan milli geyim irsinin zənginliyini beynəlxalq ictimaiyyətə təqdim etmək, mədəni dəyərlərin təbliği və Azərbaycan–İtaliya mədəni əlaqələrinin inkişafına töhfə vermək olub.

Tədbirin açılışında çıxış edən təşkilatçılar Azərbaycan milli geyimlərinin tarixi kökləri, regional xüsusiyyətləri və bədii-estetik çalarları haqqında məlumat veriblər. Bildirilib ki, milli geyimlər xalqımızın həyat tərzini, zövqünü və sosial kimliyini əks etdirən mühüm mədəni yaddaş nümunələridir.

Moda nümayişi zamanı Bakı Milli Geyim Evinin kolleksiyasından Azərbaycanın müxtəlif bölgələrinə məxsus qadın və kişi milli geyim nümunələri təqdim olunub. Zərif naxışlar, əl işləri və orijinal detallarla bəzədilmiş libaslar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bədii hissədə Dövlət Rəqs Ansamblının üzvləri səhnəyə çıxaraq milli geyimlərdə Azərbaycan xalq rəqslərini ifa ediblər. Bu çıxışlar tamaşaçılara xalqımızın zəngin rəqs mədəniyyəti və geyim estetikası haqqında əyani təsəvvür yaradıb.

Tədbirdə diplomatik korpusun üzvləri, İtaliyanın incəsənət və moda sahəsinin nümayəndələri, ictimai xadimlər və mədəniyyətsevərlər iştirak ediblər.

Əvvəlki Yazı

Tədqiqat: Unikal səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində yeni üfüqlər açır

Növbəti Yazı

Bu gün Ümumdünya Rok-n-Roll Günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.