Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 4 yeni hakiminin bugünkü andiçmə mərasimində iştirak edib.
“Report” xəbər verir ki, bu barədə səfir “X”də yazıb.
“Beynəlxalq Ədalət Məhkəməsinin 4 yeni hakiminin bugünkü andiçmə mərasimində iştirak etməkdən şərəf duydum. Meksikadan Qomez Robledo, ABŞ-dən Sara Klivlend, Rumıniyadan Bogdan Aurescu və Cənubi Afrikadan Dire Tladinin andiçməsi oldu. Təbriklər! Bu çətin dövrlərdə məhkəmənin rolu heç vaxt bu qədər vacib olmayıb”, – o qeyd edib.