Aprel 10, 2026-1:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın qələbəsi dünyada hazırki müharibələrdən fərqli olaraq strateji planlaşdırmanın nümunəsidir

2026:04:09 - 15:55
in SİYASƏT
A A
Hazırda dünyada baş verən müharibələrdən fərqli olaraq Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəsində düşünülmüş və bir-birini tamamlayan strategiyanın rolu böyükdür.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda istər Rusiya-Ukraniya müharibəsi, istərsə də ABŞ-İsrail-İran müharibəsi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır:

“Bu münaqişələr, müharibələr qeyri-müəyyənlikləri ilə seçilir. Hazırda bu proseslərlə bağlı dəqiq proqnoz vermək qeyri-mümkündür”.

 

Mətin Məmmədli hesab edir ki, belə münaqişələrdən fərqli olaraq 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı Azərbaycanın qısa müddətdə əldə etdiyi mütləq qələbə Ermənistanın uzun illik işğalına son qoyub:

“Bu, təbii ki, Azərbaycanın tarixi uğurdur və bu uğurda ilk növbədə Azərbaycan Prezidentinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü xarici və daxili siyasətin, xüsusilə müdafiə strategiyasının rolu böyükdür”.

O deyib ki, Azərbaycanın tarixi qələbəsində, iki amili qeyd etmək lazımdır:

“Birincisi, ölkənin müdafiə strategiyası, digəri ölkənin xarici siyasəti. Yəni rasional, düşünülmüş, milli maraqlara əsaslanan müdafiə və xarici siyasət strategiyaları Azərbaycanıda tarixi uğurun əldə olunmasında əsas rol oynayıb. Bu strategiyalar bir-birini tamamlayıb”.

BMTM nümayəndəsi əlavə edib ki, əgər bu strategiyaların birində əskiklik olsaydı, tarixi qələbə əldə edilə bilməzdi:

“Azərbaycanda isə hər iki strategiya bir-birini tamamladı. Nəticədə biz ən böyük milli təhlükəsizlik problemimizi həll etməyi bacardıq”.

Əvvəlki Yazı

Pezeşkyan: İsrailin Livana hücumları ABŞ ilə danışıqları mənasız edəcək

Növbəti Yazı

Londonda təhsil alan azərbaycanlı: İnsan beyninin modellənməsi üzərində işləyirəm

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.