Avqust 24, 2025-12:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Azərbaycanın Qərbin planlarını puç etməsi Cozep Borreli qıcıqlandırır” – RƏY

2024:01:24 - 11:51
in SİYASƏT
A A

Azərbaycanın Qərbin planlarını puç etməsi Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borreli qıcıqlandırır.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, C.Borrell ispaniyalı siyasətçidir. Vaxtilə Kataloniya separatizmi gündəmə gələndə Borrel də separatçı rejimə qarşı çıxış edib: “Maraqlıdır, nə baş verdi ki, Cozep Borrel birdən-birə öz mövqeyini dəyişdi, Azərbaycana qarşı iddialara başladı, bizim erməni separatizmi ilə mübarizəmizə əsassız reaksiya verdi? Borrelin səsləndirdiyi fikirlərdən onun separatizmi dəstəklədiyi ortaya çıxır. O, Aİ Komissiyasının vitse-prezidentidir. Belə bir siyasətçinin fikirləri artıq ikili standart yox, sadəcə siyasi ikiüzlülükdür. Borrel, təbii ki, bütün məsələləri həll edən şəxs deyil. Amma reallıq odur ki, Avropa İttifaqı, Avropa Şurası ilə münasibətlərə Borrel kimi şəxslərin belə addımları təsir edir, bu isə əlaqələrin gərgin fazaya keçməsinə gətirib çıxarır”.

Politoloq vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, məhz Avropa Şurasının üzvüdür: “Qurumun Parlament Assambleyasında bizə qarşı sanksiyaların tətbiqi haqqında çağırışlar səslənir, nümayəndə heyətimizin səlahiyyətləri məhdudlaşdırılır və s. Deməli, Qərb ölkələrinin bizim qələbəmizdən sonra fəallaşması işarə edir ki, gözlənilməz durumla üz-üzə qalıblar. Avropalı siyasətçilər düşünürdülər ki, Azərbaycan hələ bir neçə onillik ərzində Ermənistanla danışıqlar aparmalıdır, buna davam etməlidir. Hətta bəlkə də gözləyirdilər ki, Ermənistana və Qarabağa hansısa status veriləcək. Azərbaycanın bütün bu gözləntiləri puç etməsi Qərbi, şəxsən Cozep Borreli qıcıqlandırır”.

F.Sadıqovun sözlərinə görə, Qərb həmişə erməniləri dəstəkləyirdi, sadəcə olaraq bunu gizli etməyə çalışırdı.

“İndi isə bütün bunları açıq şəkildə edirlər. Çünki torpaqlarımızı azad edəndə, suverenliyimizi bərpa edəndə biz onlar üçün böyük bir qorxu yaratdıq. Azərbaycan-Türkiyə tandemi, Cənubi Qafqazda belə bir qüvvənin mövcudluğu, görünür, Qərbin planlarına daxil deyildi. Amma biz artıq öz məqsədlərimizə nail olmuşuq. Avropalı siyasətçilər istədikləri qədər öz qətnamələrini qəbul etsinlər, bunların bizə heç bir təsiri olmayacaq”, – politoloq əlavə edib.

Əvvəlki Yazı

Suqovuşanda çalışan usta: İş yoldaşlarımla birlikdə burada səs verəcəyəm

Növbəti Yazı

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.