Mart 19, 2026-0:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın qlobal platformalarda aparıcı rolu daha da möhkəmlənib – ŞƏRH

2026:03:18 - 15:36
in SİYASƏT
A A

Bu gün dünyada qarşıdurmaların dərinləşdiyi, geosiyasi maraqların toqquşduğu bir mərhələdə açıq və səmimi fikir mübadiləsinə ehtiyac daha da artır. Məhz bu baxımdan Qlobal Bakı Forumu müxtəlif ölkələri, fərqli siyasi mövqeləri və baxışları təmsil edən şəxsləri bir araya gətirən, qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən platformalardan biridir. Burada səsləndirilən fikirlər nəzəri yanaşmalarla yanaşı, real siyasi qərarların qəbuluna təsir göstərən praktik xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Forumun əsas üstünlüklərindən biri də geniş və çoxşaxəli mövzuları əhatə etməsidir. Panel iclaslarında təhlükəsizlik məsələləri, şəhərsalma, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri kimi bəşəriyyətin gələcəyini müəyyən edən istiqamətlər geniş müzakirə olundu. Müzakirələr onu göstərir ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və siyasi çərçivələrlə məhdudlaşmır, həm də ekoloji, sosial və urbanistik amillərlə sıx bağlıdır. Xüsusilə şəhərsalma və iqlim mövzularının gündəmə gətirilməsi təsadüfi deyil. Sürətli urbanizasiya, şəhərlərin dayanıqlı inkişafı, ekoloji balansın qorunması və iqlim risklərinə qarşı davamlı infrastrukturun qurulması artıq qlobal prioritetlər sırasındadır. Ölkəmiz bu istiqamətdə həyata keçirdiyi layihələrlə, “yaşıl enerji zonaları”, müasir şəhərsalma konsepsiyaları və ekoloji təşəbbüslərlə müzakirələrə real təcrübə ilə töhfə verir.

Forumun panel müzakirələrində diqqət çəkən əsas mövzulardan biri də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi, regional münaqişələrin həlli mexanizmləri, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq modellərinin formalaşdırılmasıdır. Bununla yanaşı, qlobal idarəetmənin effektivliyi, beynəlxalq təşkilatların rolu, rəqəmsallaşma və informasiya təhlükəsizliyi kimi məsələlər də geniş şəkildə təhlil olunur.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və balanslı xarici siyasət Azərbaycanın bu kimi qlobal platformalarda aparıcı rolunu daha da möhkəmləndirib. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmiz beynəlxalq dialoqu təşviq edən, müxtəlif baxışların uzlaşdırıldığı etibarlı məkan kimi tanınır. Ölkə rəhbərinin qlobal çağırışlara münasibətdə sərgilədiyi prinsipial mövqe və irəli sürdüyü təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb və rəsmi Bakını mühüm geosiyasi dialoq mərkəzlərindən birinə çevirib.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qlobal Bakı Forumu fikir mübadiləsi platforması olmaqla yanaşı, həm də qlobal çağırışlara cavab axtaran, yeni yanaşmaların formalaşdığı intellektual mərkəzə çevrilib. Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun, balanslı və prinsipial xarici siyasətinin, eləcə də dialoq və əməkdaşlıq təşəbbüslərinə verdiyi önəmin bariz göstəricisidir”, – deyə G. Ağamalı vurğulayıb.

Əvvəlki Yazı

Bəxtiyar Əliyev: Vaxtilə yol verilmiş boşluqlar, çatışmazlıqlar aradan qaldırılmalıdır

Növbəti Yazı

Sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.