Sentyabr 11, 2025-2:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı yeni regional imkanlar açır ŞƏRH

2025:09:01 - 11:30
in SİYASƏT
A A

Hələ 10-15 il əvvəl Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi dəyərləndirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas məqsədi, ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji əlaqələrinin gücləndirilməsi vasitəsilə Çin və Mərkəzi Asiya regionunda sülhü və sabitliyi təmin etmək idi. Təşkilat iştirakçı ölkələr arasında etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsini, eləcə də siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafını hədəf seçmişdi. Terrorizm, ekstremizm, silahlı separatizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə isə regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edirdi. Eyni zamanda, iştirakçı dövlətlər bu təşəbbüsləri milli maraqlarını qorumaq, müstəqil inkişaf yolu seçmək və özünəməxsus idarəetmə modellərini formalaşdırmaq üçün dəstək kimi görürdülər.

Bunu AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

O bildirib ki, daha çox ticari əlaqələri özündə ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin aid olduğu bölgədə regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlıq nəzərdə tuturdu. Sülhün və stabilliyin vacib təməlləri kimi bu sahələrdə qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji infrastrukturlarının inkişafı, iştirakçı ölkələr arasında kiberçağırışlar və rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı gücləndirirdi.

“Azərbaycan haqqında danışarkən qeyd etmək lazımdır ki, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayan ölkə kimi Azərbaycan ŞƏT-in fəaliyyətə başladığı ilk dövrlərdən diqqətini cəlb edib. Hazırda rəsmi statusu “dialoq tərəfdaşı” olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Dialoq formatı isə yalnız mövcud qarşılıqlı əlaqələr çərçivəsində deyil, həm də ŞƏT-in məqsədlərində nəzərdə tutulan istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi üçün əlavə imkan yaradır”, – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ŞƏT-in iclas və forumlarında fəal iştirak edir, təşkilatın fəaliyyətinə və qərarların müzakirəsinə töhfə verir. Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, həmçinin terrorizm və narkotik ticarəti ilə mübarizə kimi təhlükəsizlik təşəbbüslərində iştirak edir. Dialoq formatı əsasən mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət etsə də, onun hədəfi siyasi, iqtisadi və humanitar tərəfdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaratmaqdır.

Yeganə Hacıyeva vurğulayıb ki, Çin və digər üzv ölkələr Azərbaycanın ən azı ŞƏT-də müşahidəçi, hətta gələcəkdə tamhüquqlu üzv qismində iştirakı ideyasını dəstəkləyirlər. Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, regionun strateji nəqliyyat layihələrinin açar ölkəsi olan Azərbaycanın təşkilatda müşahidəçi statusu ilə təmsil olunması ŞƏT üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinin strateji halqası kimi mövqeyini gücləndirir və Çinin qitələrarası nüfuzunun artması baxımından ölkəmizi daha da cazibədar edir.

“Azərbaycanın ŞƏT-də müşahidəçi və ya tamhüquqlu üzv qismində təmsil olunması əslində bizim ölkədən daha çox Çinin maraqlarına cavab verir. Azərbaycan üçün isə ŞƏT üzv dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxış baxımından diqqətəlayiqdir. Bu tərəfdaşlıq ölkəmizə Mərkəzi Asiya ölkələri ilə daha sıx enerji əməkdaşlığı qurmaqla yanaşı, qeyri-neft sektorunda da birgə regional layihələri həyata keçirmək imkanı yaradır”, – deyən Mətbuat Şurasının İdarə Heyətinin üzvü fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

Ədliyyə naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

“Zərif mühəndislər” təqaüd proqramının məzunlarına sertifikatlar təqdim edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.