İyun 18, 2025-22:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub

2024:12:26 - 12:26
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsinin dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, bunun 3,7 milyard ABŞ dolları Azərbaycanın ixracının payına düşüb.

“Hesab edirəm ki, ixrac potensialımız daha çoxdur və bu istiqamətdə reallaşdırılan təşəbbüslərin səmərəliliyini artırmalıyıq”, – deyə Azərbaycan rəsmisi qeyd edib.

O əlavə edib ki, bu xüsusda Orta Dəhlizin vacibliyi önə çıxır: “Türk dövlətlərinin birgə icra etdiyi layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində regionda yük daşımalarına və ticarətin dinamikasına müsbət təsir göstərir. Enerji və nəqliyyat sahələrindəki əməkdaşlığımız təkcə türk dövlətlərinin yerləşdiyi regionda deyil, eləcə də qlobal müstəvidə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Birgə reallaşdırılan nəhəng enerji layihələri regional enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb”.

Əvvəlki Yazı

Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir

Növbəti Yazı

AZAL-ın prezidenti: Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.