İran İslam Respublikasının (İİR) Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxs barəsində ölüm hökmü çıxarıb. Sentyabrın əvvəlində İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azad silahlı hücumla bağlı cinayət işinin məhkəməyə verildiyini açıqlamışdı.
İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətmiş İran vətəndaşı Yasin Hüseynzadəni edam cəzasına məhkum edib.
Diplomatik nümayəndəliyin mühafizə rəisinin ölümü və iki həmkarının yaralanması ilə nəticələnən hücum yanvarın 27-də baş verib. Azərbaycan prezidenti İlham Əliyev bu silahlı insidenti pisləyərək terror aktı kimi qiymətləndirib, dərhal araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib. (Nevs.ru)