İyun 16, 2025-5:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın turizm imkanları Dubayda təqdim olunur

2024:06:21 - 15:16
in İQTİSADİYYAT
A A

Azərbaycanın turizm imkanları mayın 6-da işinə başlayan “ATM Dubai 2024” (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində tanıdılır.

“Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə B2B (Biznesdən biznesə) görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir.

Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır.

Həmçinin mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

8 iyul 2023-cü il tarixindən etibarən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 90 günə qədər qalma imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq olunur. 2023-cü il ərzində Azərbaycana 41 085 nəfər BƏƏ vətəndaşı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 11,4 % artım deməkdir. Eləcə də cari ilin ilk 4 ayı ərzində Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 % artım müşahidə olunur.

Əvvəlki Yazı

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən layihə I oxunuşda təsdiqlənib

Növbəti Yazı

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.