İyun 1, 2025-6:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın turizm imkanları Yaponiyada təbliğ edilir

2023:10:26 - 17:05
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın turizm imkanları oktyabrın 26-29-də Yaponiyanın Osaka şəhərində keçirilən “Yaponiya Expo Turizm” sərgisində (Tourism Expo Japan 2023) tanıdılır.

“Report”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, sərgi iştirakçılarına ölkəmizin malik olduğu mədəni, təbiət, sağlamlıq, işgüzar turizm imkanları, eləcə də şərabçılıq ənənəsi və qastronomiyası haqqında məlumat verilir.

Sərginin ilk günü Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın bir sıra turizm şirkətlərinin nümayəndələri ilə Osaka Turizm Bürosu, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası və Yaponiyanın tanınmış turizm agentlikləri arasında görüşlər təşkil olunur, əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də milli stendi ziyarət edərək sərginin gedişatı ilə tanış olub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında 2022-ci ildə “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandumda turizm məhsullarının təşviqi sahəsində təcrübə və məlumat mübadiləsinin, qarşılıqlı təbliğatın və turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi və digər məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.

9-cusu keçirilən və 70 ölkədən 1 275 şirkətin təmsil olunduğu sərgi Asiya regionu üzrə əsas turizm platformalarından biri hesab olunur.

Əvvəlki Yazı

Dövlət başçısı: “Azərbaycan Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindədir”

Növbəti Yazı

İran XİN: Ukrayna böhranı Qərbin təhlükəsizlik arxitekturasının nəticələrini göstərdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.