İyun 23, 2025-23:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvarla bağlı məlumatlandırma tədbirləri keçirib

2025:01:20 - 11:38
in SİYASƏT
A A

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən bir sıra məlumatlandırma tədbirləri həyata keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı aksiya barədə məlumatların dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Mərkəzi Asiyanın ən nüfuzlu resurslarından sayılan “NewsCentralAsia” informasiya portalında səfirlik tərəfindən “20 Yanvar-Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsi” başlıqlı material dərc edilib.

Sözügedən məlumat yerli media orqanlarına təqdim edilib. Materialda 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanıb. Bu hadisənin Azərbaycan tarixinə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, hazırda Azərbaycanın bayrağı ölkənin bütün suveren ərazilərində dalğalanır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə həm müasir Azərbaycan tarixində şərəfli bir dövr başlandı, həm də ölkənin azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl – 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının ruhu da şad oldu.

Eyni zamanda, müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan səfirlik azərbaycanlılara qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün özünün internet saytında və sosial şəbəkələrdəki hesablarında türkmən, ingilis, rus və Azərbaycan dillərində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat, videomaterillar yerləşdirib.

Bunlarla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi və insan hüquqları üzrə müvəkkilin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanatları yayılıb.

Əvvəlki Yazı

Həftəsonu ölkə ərazisində 81 kiloqramdan artıq narkotik aşkarlanıb

Növbəti Yazı

Kamran Əliyev: Qazaxıstanla Azərbaycanın təyyarə qəzası ilə bağlı apardığı araşdırmaların nəticələri müzakirə olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.