İyun 17, 2025-17:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş “Dostluq Bilik Yarışması” keçirilib

2025:05:28 - 10:25
in SOSİAL
A A

Bolnisidə məktəblilər arasında Azərbaycanın və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş “Dostluq Bilik Yarışması” keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və Təhsil Mərkəzi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında Savaneti (İmirhəsən), Qeta (Aşağı Güləver), Kvemo Bolnisi (Kəpənəkçi), Naxiduri (Arıxlı) İcma Mərkəzləri və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzindən ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

Tədbir Gürcüstanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov hər iki ölkənin müstəqillik tarixi haqqında ətraflı məlumat verib.

Çıxış edən İcma Mərkəzlərinin müəllimləri Azərbaycan və Gürcüstanın müstəqillik mübarizəsinə dair fikirlərini bölüşüb və iştirakçılara uğurlar arzulayıblar.

Mərkəzin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva bilik yarışması barədə məlumat verib və oyunun qaydalarını ətraflı şəkildə izah edib.

Dörd mərhələdən və final turundan ibarət yarışmada iştirakçılar Gürcüstan və Azərbaycanın müstəqilliyi, texniki və təbiət elmləri, ingilis dili, Azərbaycan dili və ümumi biliklər üzrə sualları cavablandırıblar.

Final mərhələsinə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Savaneti (İmirhəsən) İcma Mərkəzinin komandaları vəsiqə qazanıblar.

Gərgin mübarizə şəraitində keçən finalda Savaneti İcma Mərkəzinin yetirmələri daha dəqiq və sürətli cavabları ilə fərqlənərək yarışmanın qalibi olublar.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub, çay süfrəsi təşkil edilib.

 

 

 

Əvvəlki Yazı

Daşkəsəndə Müstəqillik Gününə həsr olunan kitab sərgisi keçirilib

Növbəti Yazı

Azərbaycan Xalq Cümhuriyyətində dini və ideoloji təməllərin konseptual əsasları – məqalə

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.