May 10, 2025-2:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlıq müzakirə olunub

2023:10:19 - 16:35
in SOSİAL
A A

Azərbaycanın və Ukraynanın media qurumları arasında konstruktiv və səmərəli əməkdaşlıq mövcuddur. AZƏRTAC ilə “Ukrinform”un tərəfdaşlıq əlaqələri son illər daha da inkişaf etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “Ukrinform”un baş direktoru Oleksandr Xarçenko ilə görüşündə söyləyib.

Azərbaycan və Ukrayna xalqlarının çoxəsrlik dostluq münasibətləri olduğunu xatırladan S.Mərdəliyev bildirib ki, bu əlaqələrin inkişafında medianın xüsusi rolu var.

“Sizin rəhbərlik etdiyiniz agentlik Azərbaycanın haqlı mövqeyini daim işıqlandırır. AZƏRTAC da öz növbəsində Ukraynada baş verən hadisələri, müharibə ilə bağlı reportajları yerli və beynəlxalq ictimaiyyətə çatdırır. Ukrayna mətbuatında Azərbaycanla bağlı həqiqətlərin işıqlandırılması bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir”, – deyə diplomat əlavə edib.

O.Xarçenko öz növbəsində deyib ki, hər iki ölkənin media qurumları arasında da səmimi münasibətlər və səmərəli əməkdaşlıq mövcuddur. “Ukrinform” maraqlı layihələrə açıqdır və təklif olunan layihələri dəyərləndirməyə hazırdır.

“Ukrayna üçün mühüm tərəfdaş olan Azərbaycanın uğurlarına çox sevinirik. Əminəm ki, “Ukrinform” ilə AZƏRTAC arasında əməkdaşlıq xalqlarımızın və ölkələrimizin münasibətlərinin inkişafına yeni töhfələr verəcək”, – deyə O.Xarçenko vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzular ətrafında müzakirələr də aparılıb.

Əvvəlki Yazı

Bakıdakı Rus Evində Milli Azərbaycan Tarixi Muzeyi haqqında mühazirə oxunub

Növbəti Yazı

Dövlət Xidmətinin əməkdaşları peşəkarlıq səviyyəsini artıracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.