
Nağı Əhmədov
N.Əhmədov hesab edir ki, Azərbaycanla Suriya arasında digər önəmli əməkdaşlıq sahəsi enerji sektoru ola bilər:“Azərbaycanın Türkiyədə və digər coğrafiyalarda neft və qaz sahəsində kifayət qədər uğurlu təcrübəsi var. Bu təcrübə Türkiyə şirkətləri ilə birlikdə Suriyada neft və qaz kəşfiyyatında, eyni zamanda, Suriyanın enerji sektorunun yenidən qurulmasında tətbiq edilə bilər. Ümumilikdə Suriya və Azərbaycan arasında əməkdaşlığın perspektivləri və imkanları kifayət qədər genişdir”.Son olaraq Suriyaya humanitar yardım göstərilməsinin önəminə diqqət çəkən mütəxəssis vurğulayıb ki, Azərbaycan Suriya ilə bağlı məsələlərin ilkin mərhələsində məhz bu yardımlarla iştirak edir:“Tarixin müəyyən mərhələlərində Azərbaycandan müəyyən nəsillər Suriya ərazisinə köçürülüb. Bu gün də həmin nəsillərin davamçıları Suriyada yaşamaqdadır. Onlar özlərini azərbaycanlı hesab edirlər. Suriyaya yardımın göstərilməsi, əslində, bir növ Azərbaycanın dünya azərbaycanlılarının rifahı ilə bağlı öz üzərində məsuliyyət hiss etdiyini də göstərir. Suriyaya göstərilən yardımlar bu kontekstdə də qiymətləndirilə bilər. Bunları nəzərə alsaq, Suriya ilə Azərbaycan arasında gələcəkdə humanitar, mədəni və enerji sahəsində əməkdaşlığın önəmini qeyd edə bilərik”.