Sentyabr 1, 2025-4:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalanıb

2024:09:25 - 13:48
in SİYASƏT
A A

24 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycanla AEBA arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı birgə layihələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

AEBA-nın nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib roluna vurğu edilib.

AEBA-nın texniki əməkdaşlıq fəaliyyəti, xüsusilə də son illər ərzində kənd təsərrüfatı, tibb, neft-kimya və ətraf mühit sahələrində Azərbaycanla Agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Eyni zamanda, tərəflər arasında Azərbaycan Respublikası ilə texniki əməkdaşlığı nəzərdə tutan 2024-2029-cu illər üzrə “Ölkə üzrə Çərçivə Proqramı”nın imzalanma mərasimi keçirilib.

Əvvəlki Yazı

Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar – ŞƏRH

Növbəti Yazı

Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.